понедельник, 2 сентября 2013 г.

FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİ – CİNAYƏT VƏ CƏZA

FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİ – CİNAYƏT VƏ CƏZA

XIX əsrin böyük rus yazıçısı, rus milli ruhunun dərin ifadəçisi Fyodor Mixayloviç Dostoyevski dünya ədəbiyyatının, eləcə də fəlsəfi və estetik fikrinin inkişafına güclü təsir göstərmişdir. Dostoyevski realizminin əsasında insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin faciəsi dayanır. Belə şəxsiyyətlərdən biri oxucuların diqqətinə təqdim olunan bu kitabın – “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikovdur. Yazıçı humanist niyyətlərini şər yolla həyata keçirməyə cəhd eləyən qəhrəmanının tutduğu yolu inkar edir və çıxış yolunu insanın gerçəkliklə barışmasında görürdü.Dostoyevskiyə görə, hüquqi cəzadan daha ağır olan bir cəza var ki, o da mənəvi işgəncələr, insanın özü-özünü ittiham etməsi və cəzalandırmasıdır. Bu mənada bütün ictimai, mənəvi problemlərin həlli insanın mənən kamilləşməsindən, öz ehtirasları üzərində qələbəsindən keçir.


.::YÜKLƏ::.

//http://duddud.com

Комментариев нет:

Отправить комментарий