среда, 6 ноября 2013 г.

Riyazi modelləşdirmə

Riyazi modelləşdirmə

Kompyuter və informasiya texnologiyaları həyatımıza elə daxil olmuşdur ki,
insan fəaliyyətinin elə sahəsi yoxdur ki, orada kompyuter istifadə edilməsin.
Kompyuterlər yeni qurğu və avadanlıqların layihələndirilməsində, onların işinin
təşkilində əvəzsiz rol oynayır. Kompyuterlər indi yeni maşınların yaradılması və
onların işinin tədqiqi, yeni avadanlıq və qurğuların texnoloji proseslər və onların
optimal variantlarının tapılması, iqtisadi məsələlərin həlli, istehsalın müxtəlif
səviyyələrində planlaşdırılması və idarə edilməsi məsələlərinin həllində istifadə
edilir.
Kompyuterləri tətbiqi məsələlərin həllində istifadə etməzdən əvvəl tətbiqi
məsələ “ formal” riyazi dilə çevrilməlidir, yəni real obyekt, proses və ya sistem
üçün onun riyazi modeli qurulmalıdır. Modelləşdirmə hər hansı A obyektin B
obyekti ilə əvəz edilməsidir. Əvəz edilən A obyekti original, və ya modelləşmə
obyekti, əvəz edən B obyekti isə model adlanır. Bir sozlə model- obyektin əsas
əlamətlərinin öyrənilməsinin təmin edilməsidir.


.::YÜKLƏ::.

//http://duddud.com

Комментариев нет:

Отправить комментарий