четверг, 29 августа 2013 г.

Mirzə Ələkbər Sabir - Hophopnamə (İki cilddə)

Mirzə Ələkbər Sabir - Hophopnamə (İki cilddə)

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin geniş göylərini bəzəyən
bənzərsiz sənət ulduzudur. Onun “Hophopnamə”si başdan-ayağa
zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarşı çevrilmiş hər şeyə
üsyan və ittihamnamədir.
Fitrətən milli və xəlqi şair olan Sabir xalqın ictimai-sosial və psixoloji
dərdlərini son dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla deyən, fəryadında
gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair oxucusunu da
bütün bu dərdlərin alovuna bürüməyi, onu da özü qədər alovlandırmağı
bacarmışdır.
Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də
müasirdir.
Sabir əsərlərinin tam külliyyatı olan bu ikicildliyin birinci cildinə şairin
1906-1910-cu illərdə yazmış olduğu satirik şeirlər toplanmışdır. Cild xronoloji
prinsip əsasında hazırlanmışdır.
Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə
edilmişdir.



.::YÜKLƏ::.

//http://duddud.com

Комментариев нет:

Отправить комментарий